Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupu Vətənə yola salınıb

0

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 axtarış-xilasetmə heyətindən 224 nəfəri Bakıya yola salınıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov “Anadolu”ya açıqlamasında deyib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər: “Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ZƏLZƏLƏDƏ VƏFAT EDƏNLƏRİIN XATİRƏSİ BAKIDA YAD EDİLİB

Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında “Qardaş Köməyi” platforması tərəfindən təşkil edilən Bəraət qəndili münasibətilə Türkiyədə baş verən...

Bağla