Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırılıb

0

Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşü zamanı deyib.

O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağıntılar altında qalıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb.

Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb.

T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub:

“Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazimi yardımlar göstərilir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın Türkiyədəki səfiri zəlzələdə xəsarət alan uşaqlara xəstəxanada baş çəkib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan...

Bağla