KAİNAT SAATI

0

Kainat dəqiq işləyən bir saatdır. Elə bir saatdır ki, hər an hər şey bu saata uyğun şəkildə cərəyan edir (Ənam 67).  Ətrafımızdakı planet və ulduzların insana təsiri danılmazdır. Ən azından ayın və günəşin təsirlərini yaxından müşahidə edirik. Quranda insan və kainat arasındakı münasibətə toxunan ayətlər çoxdur (Bəqərə 164; Ali İmran 190;). Bu məqamda Rəbbimiz Quranda belə buyur: “Göylərdə və yerdə neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər).” Bu ayə insanların bir çoxunun kainat saatını və onunla insan arasındakı əlaqəni bilmədiklərini, yaxud bilmək istəmədiklərini bəyan edir. Namaz vaxtlarının günəşə görə, oruc ayının başlanğıcının ayın (hilalın) görülməsinə görə təyin olunması məsələsindən tutun, ta dəniz sularının yüksəlməsi və azalması, günəş patlamalarının insan orqanizminə olan təsilərinə qədər çox sayıda hadisə kainat saatı ilə bağlıdır. Bu cür məsələləri ətraflı izah edən alimlərdən birisi ibn əl-Arabidir. Hər bir planetin insana müxtəlif səpkidəki təsirindən danışan və bu planetlərin bir gün ərzində dəyişkən təsirlərindən bəhs edən ibn əl-Arabi “Fütuhat əl-Məkkiyyə” kitabında belə deyir:  “Planetlərin insanlara təsiri doğru başa düşülməlidir. Allahın sistemini doğru düşünmək lazımdır. Burada Allahın qurduğu sistemin işləmə mexanizmi var. Əgər bu məqam yanlış başa düşülərsə, insanın şirkə düşmə ehtimalı çoxalar. Allah hər şeyi yaradan olaraq bu dünyada hökmünü səbəblərlə icra edir. Bürclər və planetlər də bu səbəblərdəndir”. Namaz qılmağın məkruh (xoşagəlməz hal) olaraq qəbul olunduğu vaxtlar var. Bu vaxtlarda namazın qılınmamasının əsas hikmət və səbəbləri birbaşa kainat saatı, həmçinin təbiət və insan arasındakı münasibətlərlə əlaqədardır. Gecənin səhərə çevrildiyi saatlarda insanın oyanıq olmasını təmin etmək üçün sübh namazını fərz qılan dinimiz, bu bərəkətli vaxtlardan insanın istifadə etməsini istəyir. Quranda izah edilən və Peyğəmbər aleyhissalam əfəndimizin gün ərzində icra elədiyi bir çox işlərin (əməllərin) hikməti və səbəbləri Allahın kainat saatını necə qurduğu ilə, eləcə də təbiətə qoyduğu qanunlarla əlaqəlidir. Məsələn, Rəbbimiz bizə cuma namazı əzanı zamanı ticarəti buraxmağımızı əmr edir (Cuma 9). Cuma namazı qılınma ərəfəsində kainat saatının ticarət üçün əlverişli əqrəbə içarət eləmədiyini bilmək lazımdır. Gün ərzində və gecə boyunca insanın nə edəcəyini bəyan edən ayələrə (Furqan 47; Nəbə 9) baxaraq deyə bilərik ki, insan öz həyat tərzini və bütün işlərini kainat saatına uygun olaraq qurmalıdır. Kainat saatının zəngi çalmadan (qiyamət qopmadan) əvvəl insan özünü o saata münasib hala gətirərək hazır olmalıdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ HHQ TERRORÇULARI ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyənin şərqində keçirilən “Eren Kış” antiterror əməliyyatının yeddinci mərhələsi çərçivəsində Bitlis vilayətində 3 terrorçu zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin...

Bağla