KANADADA 148 İLLİK KİLSƏNİ MƏSCİDƏ ÇEVİRDİLƏR

0

Kanadanın Toronto şəhərində yaşayan Uyğur türkləri satın aldıqları tarixi kilsəni məscidə çevirdilər.

1873-cü ildə tikilən “Mount Carmel” kilsəsi, “Uyğur Türkləri İslam və Mədəniyyət Mərkəzi” adlandırılıb.  

Bu barədə açıqlama verərkən, Kanada “Uyğur Türkləri” dərnəyinin sədri Etibar Artış bu yerin həm məscid, həm də ictimai mərkəz kimi fəaliyyət göstərəcəyini deyib.

“Burada həm ibadət edəcəyik, həm də başda Quran təlimi olmaqla övladlarımıza təhsil verəcəyik. Yeni nəslin qərb mədəniyyətində əriyib yox olmağının qarşısını almaq və zəngin Şərqi Türküstanın adət-ənələrini və mədəniyyətini öyrətmək üçün bir yerə ehtiyacımız var idi.” – deyə Artış bildirib.   

“Mount Carmel” kilsəsinin son keşişi Dr. Robin Vilki, Kanada xalqının uzun illər ibadət etdiyi binanın başqa bir dinin mənsubları tərəfindən ibadət məkanı kimi istifadə edilməsinə görə məmnun olduğunu deyib.

610 000 Kanada dollarına (820 000 azn) alınan binanın ramazan ayından əvvəl ibadətə açılması planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYASOFYA MƏSCİDİNDƏ ŞƏHİDLƏRİMİZİN RUHUNA SÜBH NAMAZI QILINIB

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib. "Report"un Türkiyə bürosu xəbər verir...

Bağla