KANADADA TƏRAVİH NAMAZINDAN ÇIXANLARA ATƏŞ EDİLDİ – YARALILAR VAR

0

Kanadanın Toronto şəhərində təravih namazından çıxan müsəlmanlara naməlum avtomobildən atəş edilib.

Bu barədə məlumat verən yerli polis Deyvid Ridzik, hadisənin Skarburq bölgəsində “Əbubəkir-Sıddıq” məscidində yerli vaxtla saat 01.00 radələrində baş verdiyini deyib.

Hadisə nəticəsində 5 nəfərin müxtəlif dərəcəli yaralandığı bildirilib. Polis, həyatı üçün təhlükə olmayan üç yaralının evə buraıldığını, iki nəfərin müalicəsinin xəstəxanada davam etdiyini qeyd edib.

Yerli müsəlman icmasının üzvləri isə hücumçu şəxslərin təcili tapılmasını və saxlanılaraq istintaqa təhvil verilməsini tələb edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKDİLLİ XALQLARIN MƏNƏVİ BİRLİYİNİ YARATMAQ BİZİM BORCUMUZ İDİ”

"Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra mənəvi birliyə böyük ehtiyac duyulurdu. Çünki qlobollaşma dövründə dini, dili, tarixi bir...

Bağla