KANADANIN BAŞ NAZİRİ RAMAZAN AYINI BELƏ TƏBRİK ETDİ – VİDEO

0

Kanadanın baş naziri Castin Trüdo sosial şəbəkələrdəki şəxsi səhifəsində paylaşdığı video-çarxla müsəlmanları ramazan ayının başlaması münasibəti ilə təbrik edib. Təbrik mesajına “Salamun aleykum” sözləri ilə başlayan Trüdo, “ramazan mübarək” sözləri ilə təbrikini tamamlayıb.

“Bu axşam günəş batanda Kanadada və dünyanın 4 bir tərəfində olan müsəlmanlar ramazan ayının başlayacağını müəyyən edəcəklər. Bir ay müddətində ailələr və dostlar məscidlərdə və evlərdə toplaşacaq, gündüzlər oruc tutacaq, axşam iftar açacaq və birlikdə dua edəcəklər. Ramazan dua və mənəviyat vaxtıdır; mərhəmət, şükür və səxavət kimi dəyərləri nümayiş etdirmək fürsətidir.  Ramazan hamımız üçün bu dəyərləri həyata keçirmək, sahib olduğumuz nemətlərə şükr etmək, cəmiyyətimizdə və dünyadakı digər insanlara səxavətlə vermək və özümüzü hesaba çəkmək üçün fürsət vaxtıdır. Həyat yoldaşım Sofie, ailəm və mən bu müqəddəs ayı gözləyən hər kəsi təbrik edirik. Ramazan mübarək.” – deyə baş nazir təbrikində bildirib.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN AYININ FƏZİLƏTİ

https://www.youtube.com/watch?v=jAHq8Igs7no

Bağla