“KAŞ Kİ” DEMƏK İSTƏMİRSƏNSƏ OXU!

0

Allah Qurani-Kərimdə belə buyurur:

Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. (Bəqərə,156)

Rəsullah (s.a.s) belə buyurur:

“Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Onların hər ikisində də xeyir var. Sənə faydası olan işləri görməyə çalış. Allahdan kömək dilə və acizlik göstərmə. Başına bir iş gəlsə: “Əgər belə etsəydim, belə olardı.” — demə. Lakin de: “Allahın qədəri idi. O istədiyini etdi.” Çünki “əgər” demək şeytanın əməlinə qapı açır.” (Müslim, Qədər 34. İbni Macə, Mukaddimə 10.)

Mömini güclü edən hər işə və tədbirə sarılmaq, bu barədə Allahdan yardım istəmək, təslim olmamaq, acizlik göstərməmək Peyğambərimizin tövsiylərindəndir. Bu tövsiyələrə zərərə verəcək “kaş ki, elə etsəydim, belə etsəydim” kimi neqativ sözlər işlətmək əvəzinə “Allahın təqdiri belə imiş”,-deyib təslimiyət göstərmək möminin nə qədər güclü olduğunu göstərər. Zira insan neqativ fikirlərə özünü qapdırarsa, rizasızlıq, qədərə qarşı gəlmək və Allahı inkar kimi hallar büruzə verər. Bu isə sadəcə şeytanı sevindirər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU AXŞAM MÖVLUD GECƏSİDİR

Bu axşam – rəbiul-ğvvğl ayının 11-ni 12-nə bağlayan gecə İslam peyğəmbəri Həzrəti Muhammədin (SAV) dünyanı şərəfləndirdiyi gecədir. İslamveirfan.com xəbər verir...

Bağla