Kazanda İƏT ölkələri Gənc Sahibkarlarının X Beynəlxalq Forumu başlayıb

0

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Gənc Sahibkarlarının X Beynəlxalq Forumu başlayıb.

“Report” xəbər verir ki, tədbirin əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc sahibkarların fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov açılış mərasimində forumun əhəmiyyətindən danışıb, eləcə də gənc iş adamlarının müəllifi olduğu startap layihələrinin stimullaşdırlması, onların davamlı olması baxımından tədbirin işinə yüksək dəyər verdiyini vurğulayıb.

Sonda İƏGF Avrasiya Regional Mərkəzi və Tatarıstanın Gənclərlə İş Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə Kazan İƏT Gənc Sahibkarlar Forumunun keçirilməsi, eləcə də gələcək layihələrlə bağlı tərəflərin öhdəlikləri öz əksini tapıb. Bununla yanaşı, İƏT-in Avrasiya regionu üzrə fəaliyyətlərində İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən Tatarıstanın Gənclərlə İş Nazirliyinə bir sıra fəaliyyətlərdə dəstəyin verilməsi və gənclərlə iş sahəsi üzrə aidiyyəti layihələrin ortaq həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, forum çərçivəsində ekspert qrupundan formalaşdırılmış komissiyaya 45 İƏT ölkəsindən 150 startap layihəsi təqdim olunub və xüsusi kreativliyi, innovativ xarakteri, həmçinin potensial təsiri ilə fərqlənən 30 startap seçilib. Seçilmiş startapların davamlılığının təmin edilməsi üçün onlara şəbəkələşmə və mentorluq baxımından dəstək göstəriləcək.

Rusiya-İslam dünyası Kazan Forumu XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutan İƏT Gənc Sahibkarların X Beynəlxalq Forumu mayın 18-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Təəssüf ki, dini və etnik dözümsüzlük faktları, nifrət çağırışları qlobal miqyasda artmaqdadır”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyada keçirilən “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda...

Bağla