KİLSƏDƏ MÜSƏLMANLAR ÜÇÜN İFTAR ZİYAFƏTİ TƏŞKİL OLUNUR – FOTO

0

İspaniyanın Barselona şəhərində “Santa Anna” katolik kilsəsi, qapalı yerlərdə iftar ziyafətlərinin yasaq olduğu bir vaxtda müsəlmanlar üçün qapılarını açıb. Kilsə könüllülərin dəstəyi ilə müsəlmanlar üçün iftar süfrəsi açmağa başlayıb.  

Məlumata görə, ramazan ayının əvvvəlindən bəri hər gün 50-60 nəfər evsizə (bomj) iftar yeməyi verilir.

Hadisə, Katalon “Mərakeşli Qadınlar” dərnəyinin sədri Fauzi Çatinin kilsənin keşişi Peyo Sançesə müraciət etməyi ilə başlayıb.  

Çati, əvvəllər şəhərdə iftar ziyafətləri təşkil etdiklərini, kovid-19 pandemiyası səbəbindən bu ramazan heç nə edə bilmədiklirini deyib. Bundan sonra kilsə öz qapılarını müsəlmanların üzünə açıb və burada iftar yeməkləri verilir.

“Fərqli mədəniyyətlərin, fərqli dillərin və hətta fərqli dinlərin mənsubları kimi söhbət edib razılığa gələmək məsələsində bəzi siyasətçilərdən daha bacarıqlıyıq.” – deyə “Santa Anna” kilsəsinin keşişi Peyo Sançes bildirib.

Kilisede iftar: Müslümanlar için seferber oldular

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN AYININ SON ON GÜNÜ

Ramazan ayı ilə bağlı hədisi-şəriflərə nəzər saldığımız zaman belə bir cümlə ilə qarşılaşırıq: "Ramazan ayının son on günü girdiyi zaman..."...

Bağla