KİM BİR QÖVMƏ BƏNZƏMƏYƏ ÇALIŞSA O DA ONLARDANDIR

0

Peyğəmbərimiz (SAV) bir Hədisi-Şərifdə buyurur:

“Kim bir qövmə bənzəməyə çalışsa o da onlardandır.” (Əbu Davud, geyim, 4/4031)

Xristian dünyasının müqəddəs qəbul edib qeyd etdiyi “yeni il”i (milad) qeyd etmək müsəlmanın şəxsiyyətinə və xarakterinə ziddir. Çünki yeganə doğru din olan İslam mükəmməldir. Mükəmməl dinin isə hökmü ləğv olunmuş və orjinallığı pozulmuş bir dindən nəsə almağa ehtiyacı yoxdur.

Həmçinin heç bir müqəddəs günü, nəfsi əyləncələrlə, haramlarla, şeytani çılğınlıqla qeyd və əhya etmək doğru deyildir. Sadəcə bu həqiqət belə yeni ili qeyd etmənin nə qədər batil bir ənənə olduğunu göstərmək üçün kifayətdir.

Namazın hər rəkatında oxuduğumuz Fatihə surasəsinin son ayəsində, “Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə-7) buyurularaq İslam dini xaricində olanların yolundan getməməyimiz barədə xəbərdarlıq edilir.

Müsəlman olmayanlara və ya günahkarlara bənzəmək və onların nəfsani həyat tərzlərini təqlid etmək xəstəliyi, imanımız üçün təhlükə yaradan amillərdən biridir. İmanın təməldə zəifləməsi, fikir və əxlaq strukturunun dəyişilməsi bu cür təqlidlərlə başlayır. Təqlid isə bir müddət sonra vərdiş və xasiyyyət halını alır. Sonra isə fiziki bərabərlik fikri bərabərliyə, fikri bərabərlik isə vaxt içində qəlbi bərabərliyə qədər gedir.

Xülasə hər bir müsəlman; həyatının hər mərhələsində İslamın şəxsiyyət və vüqarına uyğun hərəkət edərək qeyri-müsəlmanların adətlərindən uzaq olmalıdır.  

Mənbə:http://www.osmannuritopbas.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NƏFSƏ XOŞ GƏLƏN ŞEYLƏRƏ DİQQƏT ET!

"Cənnət nəfsə xoş gəlməyən, cəhənnəm isə nəfsin xoşu gəldikləri ilə əhatə edilmişdir" (Buxari, Riqəq 28) Əzab yeri olan cəhənnəm nəfsə...

Bağla