KÖHNƏ VƏSİQƏ İLƏ AZƏRBAYCANDAN TÜRKIYƏYƏ GETMƏK MÜMKÜN OLMAYACAQ

0

Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq”.

Bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov “REAL TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: “Yəni, vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Hesab edirəm ki, proses hər iki ölkə vətəndalarının işini asanlaşdıracaq”.

Xatırladaq kİ, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MHP-NİN ŞUŞADA TİKƏCƏYI TÜRK MƏKTƏBİNİN DETALLARI AÇIQLANIB

“Şuşada tikəcəyimiz məktəbin əsas girişi Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək”. Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının müşaviri,...

Bağla