KORONOVİRUS XƏSTƏLƏRİNƏ ZƏMZƏM SUYU VERİLƏCƏK

0

Səudiyyə Ərəbistanı Kraallığı koronovirusla mübarizə tədbirləri çərçivəsində yeni qərara imza atıb. İslamveirfan.com xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni qərara əsasən xəstəxanalarda kovid-19 virusunun daşıyıcısı olan xəstələrə müsəlmanlar tərəfindən müqəddəs qəbuledilən zəmzəm suyu pylanacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı koronovirusla mübarizə tədbirləri çərçivəsində ümrə ziyarətlərini dayandırmış, sonra isə başda Məscidi-Haram və Məscidi-Nəbəvi olmaqla ölkədəki bütün məscidlərdə vaxt və cümə namazlarının qılınmasını yasaqlamışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 4462 nəfər koronovirusa yoluxub və onlardan 59 nəfər dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏYYUB PEYĞƏMBƏRİN DUALARI

Peyğəmbərimiz Muhamməd (SAV) bir hədisi-şərifdə buyurur: “İnsanların ən çox müsibətə düçar olanları əvvəla peyğəmbərlərdir, sonra dərəcələrinə görə övliyalar və salehlər...

Bağla