Lerikdə din xadimləri üçün təlim keçirilib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lerik rayonunda bölgədə fəaliyyət göstərən din xadimləri üçün “İdeoloji təhdidlərdən qorunma: nəzəriyyədən praktikaya” mövzusunda təlim keçirilib.

Təlimdə məruzəçi qismində çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov qloballaşma və modernləşmə proseslərinin dinin cəmiyyətdəki roluna təsiri, eləcə də dinin sosial həyatda yeri, funksiyaları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, müasir dövrdə din insanların mənəvi ehtiyaclarının təmin olunmasında, dəyərlər sisteminin formalaşmasında və sosial həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

Təlimdə dini radikalizm, fundamentalizm və ekstremizm meyillərinin yaranmasının kökündə dayanan əsas amillərdən bəhs olunub, bu istiqamətdə maarifləndirmənin və sağlam dini biliklərin çatdırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Müxtəlif ölkələrdə dövlət-din münasibətləri sahəsində formalaşmış təcrübələr, dini institutların fəaliyyətində müşahidə olunan müasir tendensiyalar müzakirə edilib. Dini dəyərlərin sosial, mədəni və ictimai müstəvidə təzahür formaları barədə fikir mübadiləsi aparılıb.

İnteraktiv şəkildə keçən təlimin sonunda din xadimləri mövzu ilə bağlı fikir və təkliflərini səsləndirib, praktik təcrübələrini bölüşüblər. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh və sabitliyi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. "Report" xəbər verir ki, bu barədə məlumat Türkiyə...

Bağla