LEYSAN YAĞIR

0

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli intensivdir.

Düşən yağıntının miqdarı Neftçalada 17, Bakıda və Abşeron yarımadasında 16, Cəlilabadda 9, Lerikdə 7, Biləsuvarda 6, Şirvan, Yardımlı, Lənkaran, Astara, Xaçmaz, Qobustanda 2, Daşkəsən, İmişli, Altıağac, Şamaxı, İsmayıllı, Şəmkir, Kürdəmir, Sabirabadda 1 mm-dək qeydə alınır.

Sumqayıt, Daşkəsən, Şəmkir, Naftalan, Şamaxı, Qobustan, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BDYPİ YAĞIŞLI HAVA İLƏ BAĞLI ƏHALİYƏ MÜRACİƏT EDİB

Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib. Qeyd...

Bağla