MƏDƏNÇİNİN KƏDƏRLİ PAYLAŞIMI – TƏKCƏ MƏN QALDIM

0

Ötən həftə Türkiyədə mədən qəzasında, əmək məzuniyyətində olduğu üçün sağ-salamat qalan mədənçi Gürkan Yıldırım sosial şəbəkədə kədərli paylaşım edib.

Yıldırım, qəzada dünyasını dəyişən 9 iş yoldaşı ilə 1 ay əvvəl nahar fasiləsində çəkilən foto-şəkli “təkcə mən qaldım.” qeydi ilə paylaşıb.  

“Yerin altını izah etməyə söz tapmaq mümkün deyil. Kədərimiz çox böyükdür. Şəkildən təkcə mən sağ qaldım.” – deyə Gürkan Yıldırım paylaşımında bildirib.

Xatırladaq ki, oktyabrın 14-də saat 18.15-də Türkiyə Bartın vilayətinin Amasra rayonundakı daş kömür mədənində qəza baş verib. -300 metr dərinlikdə baş vermiş qəzada 41 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XUDAFƏRİN KÖRPÜSÜNÜN İŞĞALDAN AZAD OLUNMASINDAN 2 İL ÖTÜR

Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi...

Bağla