“Məkkə İttifaqı”nın ilk toplantısı bu gün İstanbulda keçiriləcək

0

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından ibarət “Məkkə İttifaqı”nın ilk toplantısı bu gün İstanbulda keçiriləcək.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri məlumat yayıb.

Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudun iştirakı gözlənilir.

Bildirilib ki, toplantı “Məkkə Birgə Müdafiə Sazişi” çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə strateji istiqamət vermək məqsədilə yaradılması nəzərdə tutulan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası olacaq.

Toplantıda beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, müdafiə imkanlarının inkişaf etdirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birgə istehsal və tədqiqat-inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, terrorla mübarizə sahəsində birgə səylərin gücləndirilməsi, ittifaqın müəyyən edəcəyi ümumi fəaliyyət istiqamətləri üzrə işləri əlaqələndirəcək Katibliyin və digər mexanizmlərin fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi planlaşdırılır.

Toplantıda, həmçinin qarşıdakı dövrdə atılacaq addımlara dair yol xəritəsinin hazırlanması gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr qeyd edib ki, “Məkkə Birgə Müdafiə Sazişi” regionda təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə, məsələlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması ilə baxılmasına, qarşıdurma əvəzinə sülh və rifahın prioritetləşdirilməsinə yönələn imkanlar yaradır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir

Hazırda ölkə ərazisindəki 1000-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. Bu barədə Dini Qurumlarla...

Bağla