MƏSCİDİ-HARAMA GİRƏCƏK ZİYARƏTÇİ SAYI ARTIRILDI

0

Səudiyyə Ərəbistanı krallığı tərəfindən ramazan ayı müddətində koronovius tədbirləri çərçivəsində Kəbəyə qəbul ediləcək ziyarətçi sayı açıqlanıb.

Yerli SPA agentliyinin məlumatına görə bu barədə Məscidi-Haram və Məscidi-Nəbəvi üzrə dövlət komitəsi açıqlama yayıb.

Məlumatda bildirilir ki, ramazan ayı müddətində Kəbəyə gündəlik ümrə üçün gələnlərin sayı  50 min, namaz qılmaq üçün gələnlərin sayı 100 minə çatdırılıb.

Həmçinin ramazan ayının ilk günündən etibarən ümrə və namaz üçün Məscidi-Harama gələnlərdən kovid-19 peyvəndini vurdurmağı, hökumətin pandemiya ilə mübarizə çərçivəsində hazırladığı “Tawakkalna” və “Eatmarna” portalından qeydiyyatdan keçməyi tələb olunur.

Xəbərdə, hazırda Məscidi-Harama gündəlik gələn ziyarətçi sayı barədə məlumat verilməyib.

Krallıq rəsmiləri, ramazan ayında Məscidi-Haram və Məscidi-Nəbəvidə vaxt, cümə və təravih namazlarının qılına biləcəyini, ölkədəki digər məscidlərin də pandemiya tədbirlərinə riayət edilərək açıq olacağını açıqlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜNÜN SUALLARI

İçində yaşadığımız zaman əvvəlki zamanlara nisbətən bir çox cəhətinə görə fərqlənir. Bunun başlıca səbəbi texnologiyanın sürətli inkişafıdır. Dördüncü sənaye dövründə...

Bağla