MƏSCİDİ-NƏBƏVİ ÜÇÜN MEMARLIQ ENSİKLOPEDİYASI HAZIRLANDI

0

Məscid-i Nəbəvinin, Hz. Muhamməd Peyğəmbərin ﷺ dövründən bu günə qədər olan memarlıq inkişafını sənədləşdirən geniş ensiklopediya hazırlanıb.

Ensiklopediyada, Məscidi-Nəbəvinin xüsusiyyətlərini və tikildiyi vaxtdan onun genişləndirilməsi, təmiri və bərpası ilə bağlı memarlıq sənədləri nümayiş edilib.

Ensiklopedik fəaliyyət, 2018-ci ildə 650-dən çox üzvdən ibarət nəzarət komitəsi tərəfindən iki ölçülü və üç ölçülü memarlıq detallarının yüksək dəqiqliklə sənədləşdirilməsi üçün Məscidi-Nəbəvidəki memarlıq elementlərinin lazer skanı ilə başlayıb.

İkinci mərhələ məbədin maketinin sənədləşdirilməsini əhatə edirdi və məscidin memarlıq detallarının real görünüşünü oxucuya çatdırmaq üçün bu iş fotoqrafiya mərhələsi ilə başa çatdı.

Ensiklopediya lazer skan və foto texnologiyalarından istifadə edilməklə məscidin konseptual modelləşdirilməsinə əsaslanır. Buraya fotoşəkillər, ədəbi sənədli qeydlər, analitik məqalələr və memarlıq əsərləri, o cümlədən mühəndis rəsmləri və mücərrəd üçölçülü formalar daxildir.

Aparılan işlər çərçivəsində məscidin daxilində və xaricində 60 mindən çox fotoşəkil çəkilib və bu fotolar birləşdirilərək ziyarətçilər üçün virtual mühitlərdə panoramik görüntülər yaradılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib. Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki...

Bağla