Məscidlərdə vakant vəzifələrin tutulması üçün Apellyasiya komissiyası yaradılıb

0

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari il fevralın 20-28-də keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyasına bu gündən etibarən 5 iş günü müddətində elektron qaydada (sened@scara.gov.az elektron poçtuna) müraciət ünvanlamaq mümkündür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏCC ZİYARƏTİNƏ SƏNƏD QƏBULUNUN MÜDDƏTİ UZADILIB

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprelin ortalarına kimi uzadılıb. Bunu Apa-nın sorğusuna cavab olaraq Həcc elektron sisteminin rəhbəri...

Bağla