MEHMET GÖRMEZDEN KORONAVİRUS XƏBƏRDARLIĞI -2

0

Türkiyənin sabiq Diyanət işləri başqanı, İslami Dşüncə İnstutunun sədri Prof. Dr. Mehmet Görmezin koronavirus təhlükəsinə qarşı 2-ci videomüraciəti yayılıb. İslamda çətin günlərin əxlaqı” başlığı altında hazırlanan 2-ci videomüraciət də xüsusi olaraq Türkiyə, ümumi olaraq dünya müsəlmanlarına ünvanlanıb.

Mehmet Görmez, ilk müraciətində olduğu kimi bu dəfə də mövzunu Quran ayələrinin və Peyğəmbər (SAV) hədislərinin işığında ətraflı açıqlayıb.

Yaşadığımız bu günlərin dərs vermək günü yox, dərs almaq günü olduğunu deyən Görməz, bütün bəşəriyyətin çətin bir zamandan keçdiyini vurğulayıb.      

Allahın köməyi ilə bu çətin günlərin keçəcəyini, amma göstərəcəyimiz yardımların və əxlaqlı hərəkətin daim yaşayacağını bildirən sədr, bu müddət ərzində virusa məruz qalmamaq üçün bədənin immunitetini qorumaq nə qədər əhəmiyyətlidirsə, mənəvi immunitetimizi də qorumanın bu qədər əhəmiyyətli olduğunu deyib.   

“Dəyərli qardaşlarım!

Uca Rəbbimiz Bəqərə surəsinin 216-cı ayəsində belə buyurur: “…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.”  

Bəlkə də təbiəti çox yormuşuq və dünyanın biraz səkinətə ehtiyacı var. Necə gəldi istifadə etdik təbiətdən. Bəlkə də təbiətin hüququnu necə pozduğumuza yenidən göz gəzdirməliyik. Quranda da bildirildiyi kimi: (Allah) göyü ucaltdı və tərəzini qoydu ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).” (Rəhman-7,8)

Rəbbimizin qurduğu tərəzi pozularsa təbiət yorular, bəşəriyyət xəstə olar, su çirklənər, qida xəstə edər, dərman öldürər…

Təmənnam odur ki, bəşəriyyət bu problemi həll etdikdən sonra ibrət alaraq bütün ortaq düşmənlərə qarşı birlikdə hərəkət etsin. Bu dəfəki bir virusdur. Amma bəşəriyyətin saysız-hesabsız elə düşmənləri var ki, bəlkə də bu gün başımıza gələnlər onun əsəridir: iqtidar istəyi, eqoizm, zülüm, savadsızlıq, azğınlıq, pozğunluq və s.

Əziz dostlar, sözlərimi bəşəriyyətin ata-anası Hz. Adəm və Hz. Havvanın duası ilə yekunlaşdırıram: (Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (Əraf-23)

Hər birinizi Allaha əmanət edirəm.” deyərək Mehmet Görmez müraciətini bitirib.

Prof. Dr. Mehmet Görmezin çıxışına ətraflı olaraq videoda baxa bilərsiniz:

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ: “HƏKİMLƏR BU YOLDA DÜNYASINI DƏYİŞSƏ ŞƏHİDDİR”

“Koronovirusla mübarizə aparmaq üçün başda həkimlər olmaqla zəhmət çəkən insanlar bu yolda dünyalarını dəyişsələr, hesab edirəm ki, onlar şəhiddir.” İslamveirfan.com...

Bağla