MEHRİBAN ƏLİYEVANIN ADINDAN GƏNCƏNİN “İMAMZADƏ” DİNİ KOMPLEKSİNDƏ EHSAN VERİLDİ

0

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib.

Bildirilir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Ehsan süfrəsində Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrin üzvləri bir araya gəliblər.
Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.
Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndərilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ ÇEÇENLƏRLƏ AZƏRBAYCANLILAR ARASINDAKI MÜNAQİŞƏYƏ MÜDAXİLƏ ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri...

Bağla