MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

0

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

İslamveirfan.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
18 OKTYABR – AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR

Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli...

Bağla