MÖVLUD ÇAVUŞOĞLU PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

0

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Zati-alinizin doğum gününü səmimi-qəlbdən təbrik edirəm.

Can Azərbaycan qətiyyətli liderliyinizlə gündən-günə güclənmiş və inkişaf etmiş, Qarabağda əldə olunan şanlı Zəfər bu gücü bütün dünyaya nümayiş etdirmişdir.

Cənab Prezidentimizin və Zati-alinizin rəhbərliyi ilə regionumuzda və dünyanın hər tərəfində nümayiş etdirdiyimiz həmrəylik və əməkdaşlığı “Bir millət, iki dövlət” anlayışı ilə daha da yüksək səviyyələrə çatdırmaqda qərarlıyıq.

Bu hiss və düşüncələrlə doğum gününüzü bir daha təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür və sevinc dolu illər arzulayıram”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞAN İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli Prezident, Əziz Qardaşım....

Bağla