MÖVLUD ÇAVUŞOĞLU: “RUSİYA ERMƏNİLƏRİN ATƏŞKƏSİ POZMASININ QARŞISINI ALMALIDIR”

0

“Ermənistan işğalçılıq siyasətindən və təxribatlarından əl çəkməlidir. Son günlər cəbhə bölgəsində təxribatlar törədib və Azərbaycan tərəfindən layiqli cavabını alıb. Əgər Ermənistan vəziyyəti düzgün dəyərləndirsə işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsindən sonra başlanan nizamlanma prosesindən bu ölkə də faydalanacaq. Ermənistan işğalçılıq siyasəti səbəbindən uzun illərdir ki, özünü inkişaf proseslərindən təcrid edib”.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq. Mərkəz Azərbaycanın dediyi yerdə olacaq. Cənubi Qafqazdakı sabitlikdən Ermənistan və erməni xalqı da faydalanacaq. Rusiya atəşkəs pozuntularının qarşısını almalıdır. Əks təqdirdə Azərbaycan Prezidenti İlham Əliyev hansı addımlar atılacağının mesajını verib”, – o bildirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏN AZƏRBAYCANA NÖVBƏTİ YARDIM GÖNDƏRİLİB

Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli şəxslərə təhvil verilib. Bu barədə Türkiyənin Azrəbaycandakı səfirliyindən bildirilib. Səhiyyə ləvazimatlarından ibarət yardımın...

Bağla