Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

0

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Sənədə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən edilib.

2023-cü il ərzində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin energetika və təbii sərvətlər naziri: “Azərbaycan “Türk axını”nda iştirakçı ola bilər”

Türkiyənin energetika və təbii sərvətlər naziri: “Azərbaycan “Türk axını”nda iştirakçı ola bilər” “Azərbaycan “Türk axını” təbii qaz layihəsində iştirakçı ola...

Bağla