MÜDAFİƏ NAZİRLİYİ “MÜZƏFFƏR SƏRKƏRDƏ” KLİPİNİ TƏQDİM ETDİ – VİDEO

0

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində digər amillərlə yanaşı, hərbi marş və vətənpərvərlik mahnılarının da mühüm əhəmiyyəti vardır.

Vətən müharibəsindən öncə və müharibənin gedişində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə görkəmli bəstəkarlarımız Xalq artistləri Faiq Sucəddinov, Eldar Mansurov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları hərbi marş və mahnılar şəxsi heyət tərəfindən həmişə böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanıb.

Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağiyevin ifa etdiyi “Müzəffər Sərkərdə” mahnısı əsasında (Musiqi Eldar Mansurov, sözləri Abdulla Qurbani)  Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı növbəti klipi təqdim edirik.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin...

Bağla