“MÜHARİBƏ ELAN EDİRİK” – FRANSADA MƏSCİDƏ TƏHDİD MƏKTUBU YAZILIB

0

Fransanın Strasburq şəhərində tikintisi davam edən “Eyyub Sultan” məscidinə imzasız təhdid məktubu göndərilib. “Müharibə elanı” başlıqlı məktubda, Fransada İslamın yeri olmadığı qeyd edilib. Təhdid və təhqirlərin yer verildiyi məktubda müsəlmanlardan İslam dini ilə Fransa arasında seçim etməkləri istənib.

“Əlbəttə insanların əksəriyyəti İslamı seçəcək. Elə isə Fransada nə işiniz var? Hazır olun, məscidlərinizdə daha əvvəl görünməmiş şəkildə hücumlara məruz qalacaqsınız.” – deyə məktubda yazılıb.

Qeyd edək ki, “İslam İcması Milli Görüş” təşkilatı tərəfindən tikdirilən Eyyub Sultan məscidiŞ tikintisi başa çatdıqdan sonra Avropanın ən böyük məscidi olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU XƏTTİ İLƏ BAĞLI PROTOKOL İMZALANIB

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə...

Bağla