MÜQƏDDƏS KƏBƏYƏ AİD BƏZİ EKSPONATLAR TÜRKİYƏYƏ GƏTİRİLİB

0

Müsəlmanların qibləgahı olan Kəbəi-Şərifə aid bəzi tarixi eksponatlar Türkiyəyə gətirilib.

Məlumata görə bu dəyərli əşyalar, Kırıkklareli vilayətində tikilən “İslami Dəyərlər” kompleksindəki muzeydə nümayiş olunacaq.

Dəyərli əşyaları muzeyə, Türkiyənin Ciddədə Mətbuat attaşesi kimi fəaliyyət göstərmiş Bahattin Akyön qazandırıb.

“Kəbənin açarları Peyğəmbərimizdən (ﷺ) dövrümüzə qədər Əş-Şeybi ailəsindədir. Bu hörmətli ailə Türkiyəyə olan marağı və şəxsi münasibətimiz zəminində müxtəlif illərə aid dəyərli əşyaları ərmağan edib. Bu dəyərli əşyaları hamının görməsini istədiyim üçün muzeyə verdim. Əşyaların arasında Kəbəyə aid qara və yaşıl örtüklər, həmçinin Məscidi-Nəbəvidə Ravzai-Mutahharanın üstünə sərilmiş qırmız örtük var. Habelə Peyğmbğrimizin (ﷺ) ayaq izinin və ona aid bəzi əşyaların sertfikatla hazırlanmış eyni ölçülü maketləri var.” – deyə Akyön bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA MÜSƏLMANLARIN 64%-İ QƏRƏZ VƏ NİFRƏT CİNAYƏTİNİN HƏDƏFİDİR

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu York şəhərində yaşayan müsəlmanların əksəriyyəti nifrət cinayəti, qərəz və ya hər ikisinin hədəfi olub. ABŞ-ın...

Bağla