Müqəddəs torpaqlara 1,5 milyondan çox zəvvar gəlib

0

Səudiyyə Ərəbistanı bu gün 1,5 milyondan çox zəvvarın müqəddəs torpaqlara gəldiyini açıqladı.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Pasport İdarəsinin baş direktoru general-mayor Saleh əl-Murabba Həcc mövsümü ilə bağlı mətbuat konfransında çıxış edib.

Murabba bildirib ki, bu günə qədər ölkəyə Həcc ziyarəti üçün gələnlərin sayı 1,5 milyonu keçib, onlardan 1,4 milyondan çoxu hava yolu ilə gəlib.

O, həmçinin Səudiyyə Ərəbistanına quru yolu ilə 45 min nəfərin, dəniz yolu ilə gələn zəvvarların sayının isə təxminən 6000 nəfər olduğunu bildirib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tofiq əl-Rəbiə 13 mayda bildirmişdi ki, ölkəyə Həcc ziyarətini yerinə yetirmək üçün gələnlərin sayı 860 min nəfəri keçib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 28 DƏRƏCƏ İSTİ OLACAQ

Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli...

Bağla