MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN AYASOFİYAYA DƏSTƏK

0

“Ümumdünya Müsəlman Alimlər Şurası”nın sədri Əli Muhyiddin Qaradaği, Ayasofiyanın yenidən məscid statusuna qovuşması barədə qərarlara münasibət bildirib. Sədr sosial şəbəkədəki rəsmi hesabında bunu, “məbədin öz həqiqi kimiliyinə qovuşması” kimi dəyərləndirib.  

“Əndülüsdəki müsəlman məscidləri kilsələrə, bar və gecə klublarına çevrildi. Hindistanda yerləşən Babri məscidi buddist məbədinə çevrildi. Qüdsü bütün müqəddəs məkanları ilə birlikdə sionistlərin paytaxtına çevirmək istəyirlər. Şərqdə və Qərbdə  bütün bu baş verənləri pisləyən, ittiham edən bir səs eşitmədik. Ayasofiyanın məscidə çevrilməsi isə Şərqdə və Qərbdəki bütün xəstə ürəklərdə olan kin və hiddəti meydana çıxardı. Fatih Sultan Məhmət Ayasofiyanı öz pulu ilə alıb və məscid kimi vəqf edib. Ayasofiyanın məscid kimi yenidən açılması vəqf edilmə məqsədinə uyğundur və məbədin öz həqiqi kimliyinə qovuşmasıdır.” – deyə Qaradağı öz münasibətində bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYASOFİYADA İLK NAMAZIN QILINACAĞI TARİX AÇIQLAND

Ayasofiya məscidinin muzeyə çevirlməsini təmin edən Nazirlər Kabineti qərarının Dövlət Müşavirliyi (Danıştay) tərəfindən ləğv edilməsindən sonra bu məbəddə ilk namazın...

Bağla