Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar.
“Report”un Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib.
Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.



