MÜSƏLMAN ŞAİR DON MATTERA VƏFAT EDİB

0

Cənubi afrikalı şair, yazıçı, dramaturq və irqçilik əleyhdarı siyasi fəal Don Mattera 87 yaşında fəfat edib. Bu barədə məlumatı onun ailəsi yayıb. Məlumatda bildirilir ki, Cənubi Afrikada ədəbiyyatın güclü qələmlərindən biri olan və “şəfqətin səsi” olaraq xatırlanacaq Mattera vəfat edib.

Məlumatda həmçinin, mərhumun cənazəsinin islami qaydalara uyğun Yohannesburq şəhərinin Lenasiya bölgəsindəki müsəlman qəbristanına dəfn ediləcəyi qeyd edilib.

Don Mattera 1935-ci ildə İtalyan və yerli xhosa əslli bir ailədə dünyaya gəlib. Hələ uşaqlıqdan irqi ayrı-seçkiliyin ən kəskin formalarından olan aparteid rejiminin təzyiqlərinə məruz qalıb.

1970-ci illərdə aparteid rejimi ilə mübarizə sıralarına qoşulan Mattera, bu yolda qadağalar, təzyiblər və həbs cəzaları ilə üzləşib. Cənubi Afrikanın ən nüfuzlu ədəbiyyatçılarından olan Don Mattera həmin illərdə İslam dinini qəbul edib.

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN AİLƏ İŞLƏRİ VƏ SOSİAL XİDMƏTLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Türkiyənin ailə işləri və sosial xidmətlər naziri Dərya Yanık iyulun 19-da Azərbaycana səfərə gələcək. “Report” Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər...

Bağla