MÜSƏLMANLAR YƏHUDİ MƏBƏDİNDƏKİ TERROR QURBANLARI ÜÇÜN PUL TOPLADI…

0

Müsəlmanların bu növbəti addımı da İslamı terrorla eyniləşdirənlər, o cümlədən 70 ildir Fələstindəki dinc insanlara zülm edən İsrail rejimi üçün bir ibrət dərsi olmalıdır…

Amerika Birləşmiş Ştatları müsəlmanları və onların dünyadakı dindaşları Pittsburqdakı sinaqoqda son terror aktının qurbanlarının ailələri və zərərçəkənlər üçün 100 min dollardan çox vəsait toplayıblar.

Bu haqda ABŞ-ın “WTOL” nəşri məlumat yayıb.

Xatırladaq ki, yəhudi ibadətgahında faciə ötən şənbə günü – oktyabrın 27-də meydana gəlib. – 46 yaşındakı antisemit inanclı bir yük maşını sürücüsü olan Robert Bauers yəhudilərlə dolu sinaqoqa girərək atəş açıb. Cinayətkar 11 nəfəri öldürüb və altı nəfəri yaralayıb. Polislə atışmadan sonra Bauers təhlükəsizlik qüvvələrinə təslim olub və nəzarətə alınıb.

Müsəlmanlarım “LaunchGood” xeyriyyə saytında başlanan kampaniya yalnız 6 saat içində ilk hədəfə çataraq 25 min dollar toplayıb. Daha sonra isə hədəf məbləği 75 min dollara yüksəldilib və həmin məbləğ də bir neçə saat sonra yığılıb. Bazar ertəsi səhərə olan məlumata görə isə müsəlman cəmiyyəti yəhudi terror qurbanları üçün 2501 donordan 109 min 551 dollar toplaya bilib.

“Müsəlman Amerika cəmiyyəti yaralananlara və əzizlərini itirmiş yəhudi ailələrinə kömək əlini uzadır. Bu kampaniya sayəsində yəhudi və müsəlman cəmiyyətlərindən dünyaya ümumi bir mesaj göndərməyə ümid edirik: Amerikada bu cür nifrət və şiddətə yer yoxdur”-sözügedən xeyriyyə saytındakı müraciətdə belə deyilir.

Yəhudi ibadətgahındakı terror qurbanları üçün vəsait toplamaq təşəbbüsünü ilk olaraq müsəlman fəalı Tarık Əl- Məssidi irəli sürüb.

P.S. Müsəlmanların irqçilikdən, millətçilikdən uzaq bu xeyriyyə aktı da bundan əvvəlkilər kimi digər inanc sahiblərinə və xüsusən 70 ildir ki, Fələstində dinc müsəlmanlara zülm edən İsrail rejimi, həmçinin İslamı terrorla eyniləşdirən digərləri üçün bir ibrət dərsi olmalıdır…

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İTALİYADA KİLSƏNİ MƏSCİD ETMƏK İSTƏYİRLƏR

İtaliyanın cənubundakı Bergamo şəhərində bir müsəlman cəmiyyətin yerli kilsəni satın alıb məscidə döndərmək planı mübahisələrə səbəb olub.

Bağla