MÜSƏLMANLARA QƏNİM KƏSİLMİŞ DÖVLƏTDƏN NÖVBƏTİ ZƏRBƏ

0

Myanmada müsəlmanlara qarşı soyqırım davam etməkdədir.

Bildirlir ki, Myanmanın İmmiqrasiya İdarəsi bu gün səhər saatlarında 106 müsəlmanın olduğu qayığı saxladıqlarını açıqlayıb.

Müsəlmanlar Myanmanın şimalında yerləşən Yanqon şəhərində saxlanılıb. Ölkənin İmmiqrasiya İdarəsinin məlumatına görə, Arakandan olan bu müsəlmanlar qeyri-qanuni yolla sərhədi keçiblər. Myanma və Banqladeşdən olan arakanlıların köçlərinin əsas istiqaməti isə Malayziyadır.

Rəsmi qurumun məlumatına görə, saxlanılanların 50-si kişi, 31-i qadın, 25-i isə uşaqdır.

Xatırladaq ki, uzun illərdir Myanmada müsəlmanlara qarşı soyqırım aparılır.

BMT-nin rəsmi hesabatına görə, 2015-ci ildə 700 mindən artıq müsəlman bu törədilən soyqırımla əlaqədar torpaqlarından didərgin düşüblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ ALMANİYAYA SƏFƏR EDİR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sabah Almaniyaya səfərə gedəcək.

Bağla