MUSTAFA ŞƏNTOP: “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİRİK”

0

“Biz Azərbaycan, Gürcüstanın və Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyirik”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının yaranmasının 30 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Qara dənizin əsas problemi müharibədir: “Rusiya ilə Ukrayna arasında müharibədən bir ildən çox vaxt keçib. Nəticədə Qara dəniz iflic olub. Biz Gürcüstan və Azərbaycanla yanaşı, Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyirik”.

M.Şəntop bildirib ki, Türkiyə müharibənin ən qısa vaxtda başa çatmasını arzulayır: “Təəssüf ki, Qərb dövlətləri müharibənin uzanmasında maraqlıdır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TƏHSİLDƏ ƏDƏB

Hər bir sahədə olduğu kimi təhsil sahəsində də ədəb böyük əhəmiyyətə sahibdir. Təhsil hər şeyin başıdır. Təhsil və ədəb bir-biri...

Bağla