MUSTAFA ŞENTOP TÜRKİYƏNİN AZƏRBAYCANIN YANINDA OLDUĞUNU BİLDİRİB

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyənin son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

TBMM sədri həmçinin Avropa ölkələrinin bir sıra sahələrdə çətinliklərlə üzləşdiyini vurğulayıb.

“Avropanın qarşıdan gələn qışı çətin keçirəcəyini eşidirik. Ötən gün 2 gün Moldovada rəsmi səfərdə idim. Bildirmək istəyirəm ki, Avropanın narahatlığı yüksək səviyyədədir. Avropada enerji, kənd təsərrüfatı və ərzaq qiymətlərinin artması ilə bağlı ciddi böhran ssenariləri gündəmi zəbt edib. Sənayeçilərimizin və vətəndaşlarımızın bu böhrandan təsirlənməməsi üçün dövlətimiz yüksək məbləğdə subsidiyalar tətbiq edir”, – Mustafa Şentop vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistanın təxribatının qarşısını alarkən Azərbaycanın 282 hərbçisi yaralanıb, 21 nəfərin durumu ağırdır

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən...

Bağla