NAMAZLARINI AYAQYOLUNDA QILMAĞA MƏCBUR OLURLAR

0

İngiltərənin Daxili İşlər Nazirliyinin (The Home Office) tərkibindəki miqrasiya idarəsi barədə şokedici iddialar barədə Ali Məhkəmə qərarını verib. Bu qərarda İngiltərənin müsəlman miqrantlara dini zəmində təzyiq göstərdiyi qəbul edilib.

Məlumata görə miqrasiya üçün bu ölkəyə müraciət edənlər, hər hansı cinayət işləməmiş olsalar da Brook House miqrasiya idarəsinin təcridxanasında saxlanılırlar. Amma burada normal həyat şərtləri cinayətkarların saxlanıldığı həbsxanalardan daha pisdir.

Məhkəmənin də qəbul etdiyi iddialardan aydın olur ki, burada müsəlmanlar natəmiz otaqlarda, hətta bəzən ayaqyolunda namaz qılmağa məcbur olurlar. Bundan başqa 13 müsəlmanın birlikdə qaldığı otaqlar günün müəyyən saatlarında qıfıllanır.  

Müsəlmanların vəkilləri burada rejimin və həyat şərtlərinin, Avropa qanunları ilə təminat altına alınmış insan hüquqlarını pozduğunu və miqrantların ayaqyolunda namaz qıldıqlarını Ali Məhkəməyə bildirmişdi. Məhkəmə isə DİN-in, Avropa İnsan Hüquqları Konvensiyasına zidd olaraq saxlanılanların dinlərinə müdaxilə etdiyini qəbul edib. Həmçinin burada xəstəlikdən əziyyət çəkən biri ilə 6 ay heç kimin maraqlanmadığı, həkimə göstərilmədiyi qeyd edilib.   

Məhkəmənin bu qərarından sonra Xarici İşlər Nazirliyinin bir əməkdaşı iddiaların əksinə bir bəyanat açıqlayıb:

“Saxlanılanların öz dini inanclarını həyata keçirməsinə hörmətlə yanaşırıq. Miqrasiya idarələri saxlanılanlar üçün namaz, işləmək və təfəkkür üçün məscidlər və çoxfunksiyalı otaqlarla təchiz edilib. Bütün mərkəzlərdə saxlanılanların otaqlarında namaz qılmaq üçün şərait var.”  

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜCLÜ YADDAŞIN SİRRİ NƏDİR?

Beyin hüceyrələri 25 yaşında ən yüksək səviyyəyə çatır. Bu yaşa qədər həm beynimizi, həm yaddaşımızı gücləndirmək lazımdır. Bu işə yaddaşa...

Bağla