NARKOZUN TƏSİRİNDƏ OLAN XƏSTƏ AZAN OXUMAĞA BAŞLADI – VİDEO

0

Əməliyyat edilmək üçün narkoz verilən xəstə, əməliyyatdan sonra narkozun təsiri çıxmadan azan oxumağa başlayıb.

İslamveirfan.com xəbər verir ki, hadisə Türkiyə respublikasının Çorum vilayətindəki xəstəxanada baş verib.

Fəhlə olaraq işləyən 23 yaşlı Əhməd Coşkun böyrəklərindəki narahatlıq səbəbindən əməliyyat olunub. Əməliyyatdan sonra hələ də narkozun təsirində olan Coşkun birdən-birə azan oxumağa başlayıb.

Onun azan oxuması qohumları və səhiyyə əməkdaşları tərəfindən təəccüblə qarşılansa da xəstənin bu halı videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıq.  

Ailəsi Əhməd Coşkunun uşaq vaxtlarında məsciddə vaxtaşırı azan oxuduğu deyib.

Qeyd edək ki, narkozun təsirində olan xəstələrin təhtəl şüurunda olan bəzi sözləri deməsi və bəzi hərəkətləri etməsi təbii haldır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ TİFLİSDƏ II İLİYA İLƏ GÖRÜŞÜB

Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyul ayının 19-da Ümum...

Bağla