Numan Kurtulmuş: Türkiyə Azərbaycan-Ermənistan yaxınlaşmasını müsbət qiymətləndirir

0

Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışarkən deyib.

Onun sözlərinə görə, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.

Türkiyənin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin inkişafını həssas məsələ hesab edən N.Kurtulmuş bildirib:

“Rəsmi Ankara əvvəldən də regiondakı bütün dövlətlər arasında əməkdaşlıq mühiti yaradılmasını mümkün hesab edib. Bu mənada əsas çətinlik Azərbaycanın Qarabağ bölgəsinin işğalı ilə bağlı idi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi isə Cənubi Qafqazda yeni güc balansı yaradıb. Türkiyə Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmanı, xüsusən də son addımları çox müsbət və vacib hesab edir. Ümid edirik ki, Cənubi Qafqazda tezliklə uzunmüddətli sülh mühiti bərqərar olunacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ağdamda Dövlət-din münasibətləri mövzusunda regional konfrans keçiriləcək

Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər”...

Bağla