“Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir”

0

Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir.

Bu fikir Prezident İlham Əliyevin Roma Papası Fransisk Həzrətlərinə ünvanladığı məktubda yer alıb.

Dövlət başçısı bildirib ki, multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir:

“Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ZƏLZƏLƏ ZAMANI VƏFAT EDƏNLƏRİN SAYI 48 MİN NƏFƏRƏ ÇATIB”

Fevral ayında Türkiyədə baş verən zəlzələlər nəticəsində azı 48 min insan həlak olub. "Report" TRT telekanalına istinadən xəbər verir ki,...

Bağla