ÖMƏR TUĞRUL İNANÇER VƏFAT EDİB

0

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Tarixi Türk Musiqisi cəmiyyətinin təsisçisi, tasavvuvçu, yazar, musiqişünas və hüquqşünas Ömər Tuğrul İnançer vəfat edib.

Bir müddət əvvəl tibbi əməliyyat keçirən və istirahət edən 76 yaşlı İnançer ötən gün səhərə yaxın yaşadığı evdə dünyasını dəyişib.

Türk fikir dünyasının əhəmiyyətli simalarından biri olan Ömər Tuğrul İnançer, yazdığı kitablarla, dini və musiqi mövzularında etdiyi çıxışları ilə tanınırdı.

Başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla siyasət, ədəbiyyat və düşüncə dünyasından bir çox şəxs mərhum barədə sosial şəbəkədə nekroloq paylaşıb.

Ömər Tuğrul İnançer bu gün İstanbul Fatih məscidində əsr namazından sonra qılınacaq cənazə namazından sonra dəfn ediləcək.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən...

Bağla