“ÖNƏMLİ MƏSƏLƏ AZƏRBAYCAN PREZİDENTİNİN UZATDIĞI SÜLH ƏLİNİ TUTMAQDIR”

0

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi – indiki hədəf budur”.

“Hürriyet” xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, – cavabını verib.

Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PUTİN VƏ ƏRDOĞAN CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat...

Bağla