ORDUMUZUN BÖLMƏLƏRİ TƏRƏFİNDƏN ADEKVAT CAVAB TƏDBİRLƏRİ GÖRÜLÜB

0

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖZBƏK ZƏVVAR ÜMRƏDƏ ANASINI ÇİYNİNƏ GÖTÜRƏRƏK TAVAF ETDİ – VİDEO

Ümrə ziyarətində olan özbək əsilli zəvvar Kəbəni tavaf edərkən anasını çiyninə götürüb. Bu halı, “Genç” dərgisinin redaktoru Süleyman Ragıp Yazıçılar...

Bağla