ORUCLU HALDA MATÇA ÇIXAN NBA OYUNÇUSU 34 ATIŞ EDİB

0

Amerikanın nüfuzlu Brooklyn Nets basketbol komandasının oyunçusu Kayre İrving oruclu olaraq iştirak etdiyi qarşılaşmada 34 atış edib.

Onun atışları komandasının əldə etdiyi qələbədə böyük rol oynamaqla yanaşı müsəlman oyunçunun oruclu halda nümayiş etdirdiyi performans təəccüblə qarşılanıb.

“Bu Allahla olan bir səyahətdir. Bu səyahətdə mən tək deyiləm. Dünyanın dörd bir tərəfində mənim kimi oruc tutan qardaşlarım var. Dualarımız və düşüncələrimiz qutsaldır. Demək istədiyim odur ki, Allah mənim daxilimdə, sənin daxilində, hamımızın daxilindədir. İnancımla irəliləyirəm. Əsas olan da budur. Bu zalda bu cür oynamaq imkanına malikəm. Allahın mənə bəxş etdiyi qabiliyyəti nümayiş etdirə bildiyim üçün şükürlər olsun.” – deyə İrving, oruclu halda 34 atışı necə etməsi barədə suala cavab verərkən bildirib.   

Qeyd edək ki, NBA çərçivəsində keçirilən qarşılaşmada Kayre İrvingin komandası Brooklyn Nets, rəqibi Cleveland Cavaliers komandasını 115 – 108 məğlub edərək play-off mərhələsinə keçib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 aprel 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətində səfərdə olacaqdır....

Bağla