ÖTƏN İL ÜMRƏ ZİYARƏTİNƏ GEDƏN ZƏVVARLARIN SAYI AÇIQLANIB

0

2022-ci ildə 7 milyon müsəlman Ümrə ibadəti üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidi-Haramı ziyarət edib.

Bu barədə ölkənin rəsmi SPA agentliyi Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda, Ümrə ibadətinin rahat yerinə yetirilməsi məqsədilə bütün vizalarla ziyarətin mümkün olması üçün fəaliyyətlərin davam etdiyi, ötən il sadəcə 4 milyon zəvvarın ümrə vizası ilə ziyarətə gəldiyi bildirilib.

Açıqlamada həmçinin, ölkədə qalmaq üçün ümrə vizası müddətinin 30 gündən 90 günə qədər artırılacağı və Ümrə ziyarəti üçün müraciətlərin elektronlaşacağı qeyd edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı 2030-cu ilə qədər Ümrə ziyarəti üçün 30 milyon zəvvar qəbul etməyi planlaşdırır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏZRAYIL: ÖLÜM MƏLƏYİ

Əzrayıl sözünün mənşəi haqqında alimlər fərqli fikirlər bildirmişdir. Ehtimal edilir ki, “Əzrayıl” sözü ibrani mənşəlidir. Bu söz Qurani-Kərim və səhih...

Bağla