ÖVLAD TƏRBİYƏSİNDƏKİ MƏSULİYYƏTİMİZ

0

Təhsil, insanın yaşadığı cəmiyyət içində dəyəri olan qabiliyyət, davranış və digər əxlaq normalarının inkişaf etdirdiyi zaman kəsimidir.

Təhsilə çox vaxt sərf olunduğu üçün ona təsir edən hadisə və insanları da araşdırmaq lazımdır. Bunlar fərdin ailəsi, yoldaşları, müəllimləri, getdiyi məktəbləri, izlədiyi televiziya, oxuduğu kitabları və s. fiziki və ictimai elementlərdir. Bu elementlər arasında fərdə ən çox təsir edən ailədir.

Bundan təxminən beş il əvvəl bir valideyn yığıncağında görmüş olduğum hadisə bunu sübut edir. Valideyn uşağının müvəffəqiyyətsizliklərini, məsuliyyətsizliklərini və problemlərini sadalayarkən bir yandan da müəllimi tənqid edirdi. Müəllim sakitcə xanımı dinləyib daha sonra cavab verdi: “Uşağınızın indiyə qədər mənim üzümə baxaraq bir tələb və istəyi olmayıb. Daim pencəyimin ucundan tutub, gözləri başqa tərəfdə, ya yoldaşlarını və ya istədiyi tələbləri dilə gətirib. Siz, görəsən, uşağınızın gözlərinə baxaraq heç onunla danışdınızmı? Ona sizin üçün əhəmiyyətli olduğunu hiss etdirdinizmi?” söyləyərkən xanım səssizcə yerinə oturdu.

Bəli, övladlarımıza bir əmanət olaraq dəyər veririkmi? Onların könül diyarlarına necə xitab edirik? Günümüzün pedaqoqları, mütəxəssisləri təhsilin ana bətnindən başladığını söyləyir. Bundan ötəri ananın hamiləlik dövründə yedikləri və içdikləri, olduğu mühit, aldığı nəfəs istifadə etdiyi dərmanlar bu dövrdə həyatda baş verən acı-şirin hadisələr ana və qarınındakı balanın şəxsiyyətini və tərbiyəsini şəkilləndirir.

Rəvayət edildiyinə görə Hz.Əbul-Vəfanın oğlu pis bir vərdiş əldə etmiş, əlinə aldığı böyük bir iynə ilə o dövrdə evlərə içməli suyu daşıyan sakaların (o dövrdə su daşıyanlara saka deyilərdi) torbalarını deşirdi. Sakalar isə Hz.Əbul-Vəfaya olan sevgi və hörmətlərindən ötəri hadisəni ona söyləmirdilər. Lakin bir müddət sonra uşağın bu işdən əl çəkmədiyini anladıqlarında hadisəni Hz.Əbul-Vəfaya izah edirlər. Hadisəni anlayınca heyrətlər içində qalan Hz.Əbul-Vəfa “haram loğma yeməyən bir uşaq bu işi necə edər?”-deyə öz-özünə soruşdu. Sakalara nə lazım olsa ediləcəyini və zərərin qarşılanacağını söyləyən Hz.Əbul-Vəfa öz nəfsini hesaba çəkməyə başladı. Ancaq bir şey tapa bilmədi. Xanımdan soruşdu: “Xanım, sən bu uşağa hamiləykən və ya süd əmizdirərkən haram bir şey yedinmi? Çox yaxşı düşün, mənə bildir. Yoxsa uşağın sonu pis olar”, dedi. Xanımı düşündü, daşındı birdən unutduğu bir hadisəni xatırladı. Hamiləykən getdiyi qonşu evində masadakı bir qabda portağal varmış. Görüncə ürəyi istəmiş, ancaq ev sahibinə deməyə utanmışdır. Ev sahibi otaqdan çıxarkən yaxasındakı iynəni bir portağala batıraraq portağalın içindəki bir miqdar suyu içmişdi.

Xanımı bu hadisəni Hz.Əbul-Vəfaya söyləyincə: “Aman xanım, heç vaxt itirmədən o qonşuya get, olanı izah et və halallıq dilə”, demişdi.

Hz.Əbul-Vəfa da sakaları çağırıb zərərlərini ödəmiş və halallıq istəmişdir. Övladına hadisənin başından sonuna qədər heç bir şey deməmişdir. Bu bir hikmətdir ki, uşaq bir daha torbaları deşməmişdir.

Hər uşaq ayrı bir dünyadadır. Uşaq yetişdirmək isə ən müqəddəs, ən böyük və ən çətin, həyat boyu davam edən bir sənətdir. Daha uşaq doğulmadan körpənin cinsiyyəti ilə əlaqəli bəzi suallar soruşulur. Ancaq əsl suallar uşağın psixoloji inkişafı, şəxsiyyət inkişafı və ona doğru bir əxlaqla istiqamətləndirmək olmalıdır. Uşağa lazım olduğu şəkildə inkişaf etdirən, cəmiyyətə hazırlayan, ilk gündən etibarən uşaqla maraqlanan anadır. Ana uşağın təhsilində aktiv rol oynayır.  Hamiləliklə birlikdə başlayan təhsil vəzifəsi doğumdan sonra da davam edir.

Maraq, sevdiyimiz şeylərin yaşaması və inkişafı üçün göstərdiyimiz səydir. Sevdiyinin inkişafı üçün səy göstərməyən kimsənin sevgisinin mərkəzində “mən” dayanır. Maraq, sevdiyimiz insanlara qarşı məsuliyyətli olmağı tələb edir. Məsuliyyət sahibi olan bir insan “sevdiyim insanlar üçün nə edə bilərəm?” sualına cavab axtarar. Peyğəmbərimiz nə gözəl buyurmuşdur: “Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız, iman etmədikcə cənnətə girə bilməzsiniz”.

Ananın göstərdiyi səbir, şəfqət və maraq ilə uşaqlar ən gözəl şəkildə öyrədilir. Uşağa sevgi ilə birlikdə öyrədilən əxlaq, ictimai və dünyəvi dəyərlər uşaqlıqdan mənimsənər və təhsil müddətində tətbiq olunar. İbtidai məktəb vaxtında məhəlləmizdə yeriyə bilməyən bir qardaşımızı anası kürəyində məktəbə aparması, hər cür ehtiyacı anası tərəfindən şəfqət və mərhəmətlə qarşılanması və söylədiyi bir sözü hələ də xatırlayıram. “Mən uşağımı şəfqət və sevgimlə həyata qaytardım”.

İnsanın ilk ustadı və müəllimi onun anasıdır. Cənnəti qazanmaq anaların könlünü qazanmaq, onlara yaxşılıq etməklə mümkün olar. Analar istəsə yetişdirdikləri mömin və saleh övladlarla dünyanı cənnətə çevirə bilər. Uşaqların səadət və xoşbəxtliyinin təməl daşını qoyan analardır. Pislik və bədbəxtliklərinin ilk təməl daşını qoyan da analardır.

Əlif Güldar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏLB TƏLİMİ NECƏ APARILIR?

Üç növ təlim-tərbiyə və təhsil vardır :

Bağla