PARİSDƏ YÜZLƏRLƏ İNSAN ƏLCƏZAİR PREZİDENTİNƏ QARŞI KÜÇƏLƏRƏ ÇIXIB

0

Parisdə bu gün səhər yüzlərlə insan Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın yenidən namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb.

Respublika meydanına çıxan nümayişçilər əllərində Əlcəzair bayraqları və “Biz monarxiya deyil, demokratiya istəyirik”, “Prezident- sağ olan kəsdir” yazılı plakatlar tutublar.

Aksiyada Parisdə yaşayan Əlcəzair vətəndaşları iştirak ediblər.

Qeyd edək ki, Əlcəzairdə artıq üç həftədir ki, 82 yaşlı Buteflikanın beşinci dəfə prezident postuna namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA TATTOO`NUN HÖKMÜ

Tattoo, döymə adını daşıyan Avropa dillərində, insan orqanını müxtəlif materiallarla, müxtəlif tətbiqlərlə bəzəməklə dəri üzərində hazırlanmış əlamətlərin və nümunələrin ümumi...

Bağla