Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

0

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq.

“Report”un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib.

“Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, xarici siyasətin balanslaşdırılması prosesi başa çatacaq və bu, Ermənistan üçün yeni imkanlar yaradacaq”, – o deyib.

Baş nazirin sözlərinə görə, Türkiyənin özü ilə münasibətlərin olmaması xarici siyasi münasibətlərdəki asimmetriyanı göstərir. Bu balansın bərpası üçün Ermənistanın yalnız Türkiyə və Azərbaycanla deyil, bütün dövlətlərlə münasibətlərin saxlanılması zəruridir.

“Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir”, – Paşinyan vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron...

Bağla