PEYĞƏMBƏRİMİZ HAQQINDA YANLIŞ BİLDİKLƏRİMİZ

0

“İslam peyğəmbəri Həzrəti Muhammədin (SAV) bütün həyatı döyüşlərdə keçibmiş kimi bir fikir formalaşdırılıb.” Bunu, tanınmış siyer alimi, 20 ildir İslam peyğəmbəri və onun səhabalərinin həyatını araşdıram Muhamməd Emin Yıldırım deyib. Yıldırım mövcud bütün siyer kitablarının əksəriyyətinin mehvərində müharibə olduğunu, bunun məsələnin mesaj qismini kölgədə qoyduğunu bildirib.

“Peyğəmbərimizin (SAV) Mədinə həyatı 10 ildir. O dövrün şərtlərində müharibələr aylarla, illərlə davam etmir. Bədir müharibəsi bir günün səhərindən günortaya qədər olan vaxt ərzində baş tutub. Amma Mədinədən çıxmaq, Bədirə çatmaq, Bədir müharibəsi və təkrar Mədinəyə qayıtmaq 20 gündür. İndi peyğəmbərimizin (SAV) həyatını oxuyanda onun bütün həyatı müharibələrdə keçib kimi fikir yaranır oxucuda. Bəli, bu da önəmlidir. Hər döyüş bir məktəbdir. Peyğəmbərimiz burada bir cəmiyyət formalaşdırır. Orada qardaşlıq, sevgi, mərifət, elm, irfan, istiqrar, istiqamət var.” – deyə M. E. Yıldırım bildirib.

Peyğəmbərin həyatında nə varsa onu əks etdirmək istədiklərini deyən Yıldırım, bütün bunları meydana çıxarmaq arzusunda olduqlarını vurğulayıb:

“Peyğəmbərimizin (SAV) həyatında nə, harada, nə qədərdirsə biz də onu göstərməyə səy göstəririk. Xüsusilə peyğəmbərimiz (SAV) uşaqların tərbiyəsi üçün Məscidi-Nəbəvidə nəsə edibsə bu siyerdə göstərilməlidir. Peyğəmbərimiz cahiliyyə dövründə tanınmayan bir qadına ictimai həyatda yer verib. Onun məscidə gəlməsini istəyib və xütbə oxuyanda gözü həmin qadını axtarıb. Ümmü Atiyyənin qadınlar arasında xüsusi bir yeri vardı. Həzrəti Muhamməd (SAV) xüsusilə onun xütbələri dinləməsini və digər qadınlara çatdırmasını istəyirdi. Bunları nəzərdən qaçıraraq hazırlanan siyerdə peyğəmbərimizin (SAV) həyatı və mesajı istər-istəməz əskik qalır. Biz bunları da meydana çıxarmaq istəyirik.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAQLAR NƏ ÜÇÜN YALAN DANIŞIR?‎

Yalan - ünsiyyət qurulan şəxsi aldatmaq, ona hiyləgərlik etməkdir. Yalan bəzən doğruların olduğu kimi yox, olduğundan fərqli şəkildə göstərilməsinə və...

Bağla