PEYĞƏMBƏRİMİZİ (ﷺ) TƏHQİR EDƏN KARİKATURAÇI YANARAQ ÖLDÜ

0

İslam peyğəmbəri həzrəti Muhammədi (ﷺ) çəkdiyi karikaturalarla təhqir edən isveçli karikaturaçı Lars Vilks və onu qoruyan iki polis avtomobil qəzasında ölüblər.

Bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, Smaland bölgəsindəki Markarid yaşayış massivinin yaxınlığında olan maqistral yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə yük maşının toqquşması nəticəsində partlayış baş verib və yanğın yaranıb. Qəzada 3 nəfər yanaraq ölüb və 1 nəfər ağır yaralanıb.

Qəzada ölənlərin karikaturaçı Lars Vilks və onu qoruyan 2 polis olduğu, yaralananın isə yük maşınının sürücüsü olduğu bildirilib.

İsveçin baş polis rəisi hadisəni doğrulayıb və ölən polislərin ailələrinə başsağlığı verib. Yerli polis isə qəza barədə təhqiqata başladıqlarını bildirib.

Xatırladaq ki, 2007-ci ildə İsveçdə nəşr olunan “Nerikes Allehanda” qəzeti Lars Vilksin Peyğəmbərimizi (ﷺ) təhqir edən karikaturalarını dərc etmiş, bu hadisə İslam dünyası tərəfindən etirazlarla qarşılanmışdı. Vilks həmin tarixdən məxfi ünvanda yaşayır və polislərin müşaiyəti ilə gəzirdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİLƏRİN GƏNCƏDƏ TÖRƏTDİYİ İLK TERRORDAN 1 İL ÖTÜR

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin...

Bağla